Məşhur "Formula" maketi nədən və necə hazırlandı? - Ustası danışdı

Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, proqramda müəllif və aparıcı Arzu Kəlbi Mərdəkanda yerləşən maraqlı dekorların hazırlandığı emalatxanada olub.
Hazırladıqları dekorların bir çox rayonlarımızda nümayiş olunduğunu deyən emalatxana rəhbəri Nahid Eminov bu işə necə başlamasından bəhs edib:
"İlk vaxtlar maketləri ev şəraitindəki kiçik emalatxanada hazırlayırdıq. Ora şəraitsiz, soyuq bir yer idi. Əvvəl əl işlərimizi taxtadan düzəldirdik. Sonra isə rahat olsun deyə "strafor"dan istifadə etməyə başladıq. Maketlərimiz müştərilər tərəfindən çox sevilir. Hazırda ölkəmizin müxtəlif rayonlarında dekorlarımıza rast gələ bilərsiniz".
Nahid Eminovun sözlərinə görə, ölkədəki ən böyük səməni maketini onlar hazırlayıblar:
"Həmin dekor hazırda şəhərin mərkəzindəki "Torpaq əlimdə, bahar ürəyimdə" yarmarkasında sərgilənir. Bundan əlavə, Yeni il yarmarkasındakı dekorlar da bizim əl işimizdir".
Emalatxana rəhbəri maketlərin qiymətləri barədə də məlumat verib:
"Dekorların ən aşağı qiyməti 15-20 manatdan başlayır. Nəhəng maketlər isə 1 000-3 000 manat arasında dəyişir. Çünki onların üzərində rəssamlar, heykəltaraşlar işəyirlər, komandanın əməyini qiymətləndirmək lazımdır".
Oxşar xəbərlər
Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirilib
"Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dö...
