Meşə fondu torpaqlarında ötən həftə 45 mindən artıq ağac əkildi - FOTO

Meşə fondu torpaqlarında ötən həftə 45 mindən artıq ağac əkildi - FOTO
Sosial 18

Son bir həftə ərzində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilən meşəbərpa tədbirləri zamanı 45 000-dən artıq müxtəlif növ ağac əkilib, 600 kiloqramdan çox toxum səpilib.

BAKU.WS xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

Onun sözlərinə görə, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir:

"Hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir”.

Meşə fondu torpaqlarında ötən həftə 45 mindən artıq ağac əkildi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər