Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var

Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var
Sosial 97

Hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman həmin an​ tibb müəssisələri qanla​ təmin edilə bilər.

Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.

Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış​ hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.

Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi surətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları​ zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq.​

Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman həmin an​ tibb müəssisələri qanla​ təmin edilə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər