Mənzil bazarında vəziyyət: Qiymətlər necə dəyişib? - CƏDVƏL
2020-ci ildə Azərbaycanın mənzil bazarının qiymət indeksləri açıqlanıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 2020-ci ildə mənzil bazarında qiymət indeksi 2019-cu illə müqayisədə 99,9 faiz təşkil edib.
O cümlədən, ilkin mənzil bazarında qiymət indeksi 99,5 faiz, təkrar mənzil bazarı üzrə qiymət indeksi isə 99,9 faiz təşkil edib.
Yəni, 2020-ci ildə mənzil qiymətindəki orta dəyişikliyini əks etdirən göstəriciyə görə, ilkin bazarda mənzillərin qiyməti 0,1 faiz, təkrar bazarda isə 0,5 faiz aşağı düşüb.
2020-ci ilin son üç ayı ərzində (IV rüb) müvafiq göstəriciyə əsasən, ilkin mənzil bazarında qiymətlər əvvəlki üç ay (III rüb) ilə müqayisədə 0,1 faiz artıb, təkrar mənzil bazarında qiymətlər isə sabit qalıb.
Ötən ilin son üç ayı (IV rüb) əvvəlki ilin son üç ayı (IV) ilə müqayisədə isə ilkin mənzil bazarında qiymətlər sabit qalıb, təkrar mənzil bazarında isə qiymətlər 0,2 faiz azalıb.
Əlavə edək ki, 2020-ci ildə tikinti sektoruna 3 milyard 226,2 milyon manat sərmayə qoyulub ki, bunun 1 milyard 367,3 milyon manatı mənzil tikintisinə cəlb olunub.
Oxşar xəbərlər
Aylıq 138 manat ödənişlə ev almaq istəyənlərin nəzərinə - TARİX AÇIQLANDI
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 sa...