Məntəqələrdə seçici fəallığı müşahidə olunur - FOTOREPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, seçicilər səsvermək üçün məntəqlələrə axışırlar. Məntəqələrdə seçici fəallığı hiss olunur. Seçici fəallığı hər məntəqədə hiss olunur.
Qeyd edək ki, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir və prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
Ölkə üzrə 125 seçki dairəsi üzrə 6 319 seçki məntəqəsi var, onların 26-sı azad olunmuş ərazilərdə yerləşdirilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası 7 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Onlar hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.
Qalereya
Oxşar xəbərlər
Laçında 5 məntəqədə prezident seçkiləri üzrə səsvermə keçirilir
İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, 121 saylı...