"Məni bu sənət yıxılmağa qoymadı" - Munis Şərifov musiqiyə sevgisindən danışdı

Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki qəhrəmanı Xalq artisti Munis Şərifov olub.
Müəllim ailəsində dünyaya gəldiyini söyləyən M.Şərifov bildirib ki, musiqiyə yönəlməsi atasının tövsiyəsi ilə olub:
"Atam tar çalırdı, musiqiyə marağı var idi. Onun məsləhəti ilə musiqi məktəbinə getdim. Konservatoriyada tələbə olanda isə dahi insanlar - Fikrət Əmirov, Arif Məlikov, Cahangir Cahangirov, Süleyman Ələsgərovu və s. görürdüm. Həmin sənətkarların arasında səmimiyyət var idi. Hamısı bir-birinə hörmətlə yanaşırdılar. Musiqi böyük sənətdir. Əsl musiqini öyrənmək üçün nə qədər təhsil alsan da, azdır. Bu sənət bir dəryadır".
Çətin zamanlarından danışan Xalq artistinin sözlərinə görə, həmin dövrdə onu özünə qaytaran musiqi olub:
"Həyatda ağır dərdlərim olub. Məsələn, üç ay ərzində valideynlərimi itirmişəm. Həmin dövrdə musiqi, kamança olmasaydı, dəli olardım. Bu sənət məni özümə qaytardı, yıxılmağa qoymadı".
Oxşar xəbərlər
Bakıda 140-dan çox binada liftlər yenilənəcək
Prezident İlham Əliyev bu günlərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərən...
