Məktəblərdə psixoloq ştatının sayı ilə bağlı QƏRAR
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib.
Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:
- şagird sayı 1000-dək olduqda, bir vahid;
- şagird sayı 1000-dən 3000-dək olduqda, iki vahid;
- şagird sayı 3000-dən çox olduqda, üç vahid.
Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.
Oxşar xəbərlər
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
Nazirlər Kabineti "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nı təsdiqləyib. Nazi...