Məktəbəqədər təhsildən kənarda qalan uşaqlar üçün hansı tədbirlər görülür? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə üzrə məktəbəqədər yaşlı uşaqlar məktəbəqədər təhsilə, əsasən, dövlət və özəl məktəbəqədər təhsil müəssisələrində, həmçinin, ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında cəlb olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən trend-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, bu və ya digər səbəblərdən həmin təhsil müəssisələrinə cəlb olunmayanlara alternativ məktəbəqədər təhsil modelləri olan icma əsaslı və ailə tipli məktəbəqədər təlim qruplarında iştirak təklif olunur.
Əlavə edilib ki, eləcə də, dövlət-özəl tərəfdaşlıq modelindən faydalanmaqla özəl məktəbəqədər təhsil müəssisələrində güzəştli şərtlərlə iştirak üçün də şərait yaradılır.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...