Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılır

11
apr
2023
14:50
Aprelin 15-i saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq.
Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Oxşar xəbərlər
Sabahdan məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi başlayır
1 noyabr saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə start veriləcək. BAKU.WS xəbər verir ki, bu b...
