Mehriban Zeynalova: "Cəmiyyət düşünür ki, Məhəmməd itaət etmədiyinə görə dəlixanaya salınıb” - VİDEO

Mehriban Zeynalova: Cəmiyyət düşünür ki, Məhəmməd itaət etmədiyinə görə dəlixanaya salınıb” - VİDEO
Video
Sosial 110

Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində müzakirə olunub.

BAKU.WS xəbər verir ki, "Təmiz Dünya" qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ilkin informasiya çıxandan sonra qurumlar bir yerə gələrək həmin yeniyetmə ilə görüşməli idi.

"Araşdırılmalı idi ki, nə baş verib, müsahibənin mahiyyəti nədir? Bəzi hallarda kiminsə haqqında qərəzli müsahibə alıb paylaşırlar. Lakin uşağın sonradan Psixiatriya Xəstəxanasına yerləşdirilməsi vəziyyəti dəyişdi", - deyə M.Zeynalova əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər