MİDA-nın Yasamal Yaşayış Kompleksində mənzillərin satışı yenidən keçiriləcək

MİDA-nın Yasamal Yaşayış Kompleksində mənzillərin satışı yenidən keçiriləcək
Sosial 256

MİDA-nın sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.

Bildirilib ki, mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək.

Son xəbərlər