Masazır qəsəbəsinin bərbad yolları - VİDEO

Masazır qəsəbəsinin bərbad yolları - VİDEO
Video
Sosial 452

Masazır sakinləri yolların bərbad, baxımsız olmasından şikayət edir.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sakinlərin şikayətində qeyd olunub.

Sakinlərin sözlərinə görə, Masazır qəsəbəsi, Akim Abbasov küçəsi bərbad gündədir:

“Yağış yağan kimi yollarda gölməçələr yaranır. İnsanlar bu vəziyyətdə hər gün zülmlə uşaqları məktəbə aparır, işə gedir.

Avtomobil yolu qəbiristanlığın qırağından keçir. Piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilər də bərbad gündədir. Yolun kənarındakı zibil qabları aşıb-daşır, natəmizlik yaranır.

Aidiyyəti orqanlara müraciət edilsə də, heç kim problemin həlli üçün çalışmır. Sakinlərə isə elə şikayət etmələri qalır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xırdalanda hərəkət iflic olub - VİDEO

Xırdalanda hərəkət iflic olub - VİDEO

Xırdalan şəhərində yolların dərdi bitib-tükənmir. Bu barədə şəhər sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayət edirlər. Şikayətçilər bildirirlər ki, şəhər yoll...

1557 Video 10:13 22 noyabr 2019

Son xəbərlər