"Mall"lar və iri ticarət mərkəzləri açılır - İyunun 10-dan bu qaydalarla işləyəcək
Azərbaycada iyunun 10-dan “mall”lar və iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilir.
BAKU.WS xəbər verir ki, icazəyə rəğmən "mall"lar nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar fəaliyyət göstərməyəcək.
Operativ Qərargah ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanı aradan qaldırsa da, əhalinin bundan sonra müəyyən şərtlərə əməl etməsi davam edəcək. İri ticarət mərkəzləri qapalı şəraitdə olduğu üçün qaydalara əməl etmək mütləqdir. Sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə və şəxsi gigiyeniyaya diqqət yetirilməsi qızıl qaydalardandır.
Qeyd edək k, bu günə kimi “mall”lar və iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcəyi gündən hansı qaydaların tətbiq olunacağı rəsmi olaraq elan edilməyib. Lakin ticarət mərkəzləri pandemiya dövründə fəaliyyətini bərpa edəcəyi təqdirdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB) hazırladığı metodik göstərişlərə əməl etmək məcburiyyətindədir:
o Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;o Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;o Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personalı müvafiq təlim keçməlidir;o Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır;o Hərarəti yüksək olan və infeksiya simptomları olan şəxslər tibb məntəqəsində izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisəsinə göndərilməlidir;o Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.
Oxşar xəbərlər
Havalar isinir, çimərliklərə necə gedəcəyik? - AÇIQLAMA
Azərbaycanda havaların get-gedə istiləşməsi qarşıdakı həftələrdə çimərlik mövsümünə start verilməsini gündəmə gətirir. Ötən il ölkədə iyunun 15-də çimərlik mövs...