Maliyyə Nazirliyinin mətbuat katibinə yeni vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Maliyyə Nazirliyində yeni yaradılmış İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, maliyyə nazirinin müvafiq əmrinə əsasən bu vəzifəyə Mayis Piriyev təyin olunub. O, indiyə qədər Maliyyə Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib.
M.Piriyev Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, müxtəlif illərdə “Yeni Azərbaycan” qəzetində, İctimai Televiziya və Radio yayımları şirkətində çalışıb.
Mayis Piriyev məlumatı təsdiqləyib.
Oxşar xəbərlər
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
1926-cı il noyabrın 6-da Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Tel...