Makiyaj və saç baxımı məhsullarından istifadə edənlərin NƏZƏRİNƏ

"CNN"in yayımladığı "2025 Gözəllik və Şəxsi Baxım Tərkibi Hesabatı" bir çox makiyaj və saç baxımı məhsulunda - şampun, saç kremi, tonal krem və dodaq boyalarında - insan sağlamlığı üçün təhlükəli kimyəvi maddələrin hələ də istifadə olunduğunu ortaya qoyub.
BAKU.WS xəbər verir ki, tədqiqat nəticəsində ABŞ və Kanadada satılan 231 məhsulun 52 faizində PFAS adlı kimyəvi maddələr aşkar edilib. Bu maddələr hormon pozğunluqlarına və xərçəng riskinə səbəb ola bilər. Daha narahatedici məqam isə odur ki, məhsulların 88 faizində bu tərkiblər etiketdə göstərilmir.
Mütəxəssislər bildirirlər ki, bəzi saç düzləşdirici vasitələrdəki formaldehid kimi maddələr xüsusilə qaradərili qadınlara yönəlmiş məhsullarda daha çox istifadə olunur və bu maddələr xərçənglə əlaqələndirilir.
Ən təhlükəli maddələr arasında silikon tərkibləri (Cyclopentasiloxane, Cyclomethicone), hormon pozucu Methylparaben, BHT, eləcə də rəng verici D&C Red 27 və 28 yer alır.
Kimya təhlükəsizliyi üzrə ekspert Heather McKenney vurğulayıb ki, "istehlakçı deyil, istehsalçı məsuliyyət daşımalıdır" və kosmetika sənayesində şəffaflığın artırılmasına çağırıb.
Ekspertlər hesab edirlər ki, gözəllik sağlamlıq bahasına olmamalıdır və kosmetika sektorunda zəhərsiz formulalara keçid qaçılmazdır.
Oxşar xəbərlər
Pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA
"Pensiya ödənişlərinin paxytaxt, iri şəhərlər və rayonlar üzrə eyni vaxtda həyata keçirilməsini təklif edirik. Nəzərə almaq lazımdır ki, bəzi pensiyaçılarımızın...
