Maaşından pul tutulanlara vacib xəbər - Şəxsiyyət vəsiqəsi ilə ...
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşın icbari tibbi sığorta xidmətindən istifadə edə bilməsi üçün ona ayrıca kartın verilməsinə ehtiyac yoxdur.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
Onun sözlərinə görə, yanvarın 1-dən bütün işləyən əhali qrupunun əməkhaqqından icbari tibbi sığorta xidməti üzrə tutulmalar həyata keçirilir:
“İcbari tibbi sığorta sistemində vətəndaş kartla təmin olunmur. Onun kartı şəxsiyyət vəsiqəsidir. Vətəndaş tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edir. Fin kod sistemə daxil olan kimi şəxs haqqında olan bütün məlumatlar sistemdə görünür. Vətəndaş heç bir ödəniş etmədən tibbi xidmətdən istifadə edə biləcək".
V.Qurbanov qeyd edib ki, aprelin 1-dən bütün Azərbaycan vətəndaşları icbari tibbi sığorta ala biləcəklər.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...