Lyudmila Şubina Fəxri Fərmanla təltif edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın tanınmış həndbolçusu Lyudmila Şubina Fəxri Fərmanla təltif edilib.
Azərbaycan Həndbol Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, olimpiya çempionu 75 yaşının tamam olması münasibətilə qurumun prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla görüşündə buna layiq görülüb.
S.Məmmədov yubilyara xoş sözlərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Lyudmila Şubina SSRİ millisinin heyətində 1976-cı ildə keçirilən Monreal Olimpiadasının qızıl medalına yiyələnib. Beynəlxalq dərəcəli idman ustası hazırda “Qarabağ” həndbol klubunun prezidenti kimi fəaliyyət göstərir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...