Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb

Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlanıb
Sosial 213

Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri elan edilib.

BAKU.WS Təhsil İnstitutuna istinadən xəbər verir ki, 17-27 avqust tarixlərində Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyə, Kimya biologiya təmayüllü Respublika liseyinə, S. Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya, S. Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyaya, A. S. Makarenko adına humanitar fənlər təmayüllü Respublika Gimnaziyasına və S.C. Pişəvari adına humanitar fənlər gimnaziyasına, eləcə də bölgələrdə Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylərə qəbul imtahanı keçirilib.

Qəbul olan şagirdlər 10.09.2020-ci il tarixinədək müvafiq lisey və gimnaziyalarla əlaqə saxlayaraq qeydiyyatlarını təsdiqləməlidirlər. Nəticələr haqqında hər hansı sualı olan iştirakçılar 3 sentyabr tarixinədək müvafiq ümumi təhsil müəssisəsinə müraciət edə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bu rayonlarda yeni lisey yaradıldı

Azərbaycanda bu rayonlarda yeni lisey yaradıldı

Təhsil Nazirliyi tərəfindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey yaradılıb. BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, Gəncə...

444 Sosial 10:44 04 iyun 2020

Son xəbərlər