Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib
Martın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar və yerli sakinlər üçün Novruz şənliyi təşkil edilib.
BAKU.WS xəbər verir ki, Azərbaycan xalqının qədim adət-ənənələrindən olan Novruz bayramının əsas personajları Kosa, Keçəl və Bahar qızı uşaqları şənləndirib, bayram tonqalının ətrafında birgə rəqs ediblər.
Şənlik boyunca nağaraçılar, DJ-lər və animatorlar tərəfindən iştirakçılar üçün müxtəlif əyləncə və şou-proqramlar təşkil edilib, bayram əhvali-ruhiyyəsi yaradılıb. Rəqqaslar milli musiqi sədaları altında oynaq rəqslər ifa edib, məktəb şagirdləri bayrama həsr olunan şeirlər söyləyib, müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər.
Tədbirin yekununda uşaqlara bayram sovqatları paylanılıb.
Qalereya
Oxşar xəbərlər
"Yaxşı pul versələr, axşamacan burada duraram" - Çıxışı gündəm oldu
Xalq artisti Rasim Balayev bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. BAKU.WS xəbər verir ki, aktyorun bir müddət əvvəl "Ötən günlər" verilişində...