Lənkəran-Astaraya intensiv yağış, Yardımlıya qar yağıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran-Astara bölgəsində yağıntılar intensiv olub, Yardımlıya qar yağıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçib.
Belə ki, düşən yağıntının miqdarı Astarada 19, Lənkəranda 13, Lerikdə 7, Gəncə, Naftalan, Şabran, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, İmişli, Biləsuvarda 5 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.
Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik, Sumqayıt, Maştağada duman müşahidə olunub.
Dumanda görünüş 200-700 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...