Lahordan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib
22
dek
2023
14:06
“Turkish Airlines” aviaşirkətinə məxsus Lahor-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək çatışmazlığı) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, “Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibbi klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.Təyyarə saat 13:21-də Bakıdan İstanbula qalxıb.
Oxşar xəbərlər
London-İslamabad reysi ilə uçan təyyarə Bakıya təcili eniş etdi
“Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndər...