Laçını tərk edən ermənilərin evlərə donuz qanını sürtməyinə Hacı Surxaydan münasibət
Yeniliklərdən dərhal xəbərdar olun
"Artıq tarixlər boyu haqla batilin savaşı olub.İslam tarixinin fəlsəfəsinə görə haqq qələbə çalır. 44 gün Vətən müharibəsində 30 il erməni tapdağında qalan torpaqlarımız haqq ədalətin öz yerini tapdı".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Haci Surxay Məmmədli BAKU.WS-ə deyib.
"Ali Baş Komandanın və ordumuzun səfərbərliyi nəticəsində artıq öz torpağımızdan erməni vandallarını çıxartdıq. Hər bir xalq öz torpağını müdafiə edirsə, orda mütləq şəhid verməlidir. 30 il bizim işğal altında olan torpaqlarımızdakı məscidlərdə donuzların saxlanılması və Allahın bəyənmədiyi heyvanları Allahın evinə buraxılması vandallığın təzahürü idi.
Erməni cinayətkarlarının bu cinayəti idi. Şükürlər olsun ki Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı tam azad etdi.
Amma buna baxmayaraq erməni düşmənlərinin bizim torpaqlarımızda hələ də gözü var. O ki, qaldı ermənilərin Laçını tərk edərkən donuz qanını evlərə sürtməyinə ermənilər bir daha öz murdar hərəkətlərini ortaya qoydular. Onlar buna nail ola bilməyəcəklər.
Bizim müdrik rəhbərimiz siyasət meydanında öz sözünü deyib. Bu gün təbii ki, Azərbaycanda kilsələr, xristianlığa məxsus olan məbədlər müqəddəs kimi qorunur".
Oxşar xəbərlər
Hacı Surxay: "Londondakı səfirliyimizə hücum dinə və əqidəyə yaraşan hadisə deyil"
Azərbaycanın Londondakı səfirliyinə hücumun edilməsi cəmiyyətin həm dini kəsmi, həm də sıravi vətəndaşlar arasında kəskin narazılıq yaradıb. Ölkə gündəmini zəbt...