Hacı Surxay: "Londondakı səfirliyimizə hücum dinə və əqidəyə yaraşan hadisə deyil"

Hacı Surxay: Londondakı səfirliyimizə hücum dinə və əqidəyə yaraşan hadisə deyil
Sosial 33

Azərbaycanın Londondakı səfirliyinə hücumun edilməsi cəmiyyətin həm dini kəsmi, həm də sıravi vətəndaşlar arasında kəskin narazılıq yaradıb.

Ölkə gündəmini zəbt edən hadisə ilə bağlı mətbuata açıqlama verən Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli BAKU.WS-ə bildirdi ki, bu hadisə insanların dini inancına zərbədir:

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum heç də yaxşı hadisə deyil, insanların narazılığına səbəb olub. Sözsüz ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüuarların səsləndirməsinin nəticəsidir.

Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüuarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm, yolverilməzdir”.

Hacı Surxay qeyd etdi ki, Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə yaraşan hadisə deyil:

“Çünki Azərbaycan bayrağının uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşub, qan töküb, şəhid olub. Belə bir addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil. Bu hadisə eyni zamanda, bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyət təşkil edir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər