Laçında cüyür ovlayıb kef məclisi təşkil edən iki nəfər saxlanılıb - YENİLƏNİB - VİDEO

Laçında cüyür ovlayıb kef məclisi təşkil edən iki nəfər saxlanılıb - YENİLƏNİB - VİDEO
Video
Sosial 855

Laçın rayonunda cüyür kəsərək kabab edib yeyən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, videogörüntülərdə cüyür doğradıqları əks olunan Laçın rayon sakinləri olan Aqil Xurşudov və Vüqar Atakişiyev Laçın rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılaraq izahatları alınıb.

Onlar izahatlarında bildiriblər ki, qanunauyğun olaraq məşğul olduqları arıçılıq təsərrüfatlarını Laçına köçürmələrinə icazə verilib.

Onlar bu icazə əsasında Laçına gediblər və təsərrüfatı orada yerləşdirdikdən sonra geri qayıdarkən güclü yağışa düşüblər. Bu zaman avtomobillə hərəkət etmək mümkünsüz olduğu üçün çayı piyada keçərkən selin gətirdiyi və daşlara dəyərək hər iki ayağı sınan cüyür görüblər. Bundan sonra cüyürü kəsərək bişiriblər.

Onların izahatlarının həqiqliyinin yoxlanılması istiqamətində Laçın RPŞ-də araşdırmalar davam etdirilir.

***20:26

Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialarla bağlı DİN açıqlama verib.

BAKU.WS DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, bəzi sosial şəbəkə hesablarında və saytlarda qırmızı kitaba düşən cüyürün ovlanması ilə bağlı videosüjet paylaşılıb:

“Videosüjetdə əks olunanlarla bağlı Laçın Rayon Polis Şöbəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi - VİDEO

Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi - VİDEO

Sosial şəbəkələrdə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialar yer alıb. Bildirilib ki, Vüqar və Aqil adlı şəxslər cüyür ətindən kabab hazırlayı...

1905 Video 14:19 12 iyul 2021

Son xəbərlər