Kür çayında suyun səviyyəsi qalxıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metrə qədər qalxıb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, son günlər ölkəmizdə havaların qeyri-sabit və yağıntılı keçməsi dağ çaylarında olduğu kimi, Kür çayına da təsirini göstərib.
Bu, xüsusən çayın aşağı axınında - Salyan rayonundan keçən hissəsində özünü daha çox büruzə verir. Belə ki, təkcə son iki gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 95 santimetr qalxıb.
Bu da Kür sahilində quraşdırılmış dayanıqlı və üzən su nasoslarının məhsuldar işləməsinə müsbət təsir göstərib.
Mütəxəssislərin fikrincə, proses bir neçə gün davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Kürdə suyun azalması ölkənin kənd təsərrüfatına necə təsir edəcək?
Son zamanlar Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi gündəmə çevrilib, baxmayaraq ki, son iki gündə çayda suyun səviyyəsi 20 santimetrdən bi...