Külək bir sıra bölgələrdə fəsadlar törədib: "Eyvanda çay içirdim, birdən güclü səs gəldi"
Mingəçevirdə güclü külək irigövdəli ağacların aşmasına səbəb olub. Yağışdan sonra başlayan külək şəhərin Əliağa Vahid küçəsində iki qovaq ağacını kökündən qoparıb. Hadisə zamanı xəsarət alan olmasa da, piyadaların və avtomobillərin hərəkətində ciddi çətinlik yaranıb.
Hadisə şahidi olan sakinlərdən biri vəziyyəti Baku TV-yə belə təsvir edib:
"Eyvanda oturub çay içirdim. Birdən güclü səs eşitdim, işıqlar da söndü. Çölə çıxanda ağacın aşdığını gördüm".
Güclü külək İsmayıllı rayonunda da bir sıra fəsadlara yol açıb. Qəfil başlayan fırtına nəticəsində Heydər Əliyev və Həsən bəy Zərdabi küçələrində irigövdəli ağaclar aşıb. Nəticədə qeyd olunan ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti təxminən iki-üç saat müddətinə məhdudlaşıb.
Qeyd edək ki, aidiyyəti qurumların əməkdaşları dərhal ərazilərə cəlb olunublar. Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri işlər aparılır.
Oxşar xəbərlər
FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb
Azərbaycanın bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə qar yağıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlum...