Kriptovalyuta almaq istəyənləri bu yolla aldadırlar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər cinayətkar şəxslər və ya qruplar onlayn valyuta dəyişmə məntəqələri yaradaraq məzənnələri şişirdir və saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini ələ keçirirlər.
Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb.
Daxişi İşlər Nazirliyi də açıqlayıb ki, 3 gün ərzində bir neçə şəxs belə ziyan görüb. Nazirlik bu səbəbdən vətəndaşları ehtiyatlı olmağa və saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyə çağırıb.
Ətraflı AZTV-nin videomaterialında izləyə bilərsiniz:
Oxşar xəbərlər
DİN bu tələ ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ
Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildi...