Koronavirusun müalicəsində yeni üsul: İynəsiz vaksin təsdiqləndi

Koronavirusun müalicəsində yeni üsul: İynəsiz vaksin təsdiqləndi
Sosial 139

Çin yeni COVID-19 vaksinini təsdiqləməyə qərar verib.

"Haber Global" xəbər verir ki, yeni vaksin iynəsizdir və burundan nəfəs alaraq tətbiq edilir.

“CanSino Biologics” tərəfindən hazırlanan vaksinin iynəli COVID-19 vaksinlərindən qorxanlar üçün alternativ olacağı gözlənilir.

Çin hökumətinin verdiyi qərardan sonra “CanSino Biologics”in səhm dəyəri 14,5 faiz artıb. Eyni zamanda bu vaksinin insanlar üzərində sınaqdan keçirildiyi və müsbət nəticələr verdiyi bildirilib.

Burundan alınan vaksinin hüceyrələrdə immuniteti artıracağı, selikli qişada isə qoruyuculuğu gücləndirəcəyi qeyd edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

ÜST Çinin bu COVID-19 peyvəndini təsdiqlədi

ÜST Çinin bu COVID-19 peyvəndini təsdiqlədi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “CanSino Biologics” şirkəti tərəfindən istehsal olunan “Convidecia” koronavirus peyvəndini fövqəladə hallarda istifadə ü...

158 Sosial 00:02 20 may 2022

Son xəbərlər