Koronavirusun müalicəsində istifadə edilən dərmanlar niyə tapılmır? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda virusun ağrısı bir yana, müalicə zamanı dərman tapmaq da müşkülə çevrilib. Çox sayda vətəndaşlar dərmanların tapılmadığını, ya da baha qiymətə satıldığını iddia edirlər. Apteklərdə isə cavablar müxtəlifdir.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, dərmanların qiymətləri məsələsindəki bu qeyri-müəyyənlik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini hərəkətə keçirib.
Qeyd edək ki, dərmanların satış qiymətini Tarif Şurası müəyyən edir. Dövlət qeydiyyatından keçən dərmanların təsdiq olunmuş qiymətdən fərqli qiymətə satılmağı qadağandır. Belə hallara görə məsuliyyət tədbirləri nəzərdə tutulur.
Reyd zamanı şahidi olduğumuz faktlardan biri də bu oldu ki, apteklərdə adətən reseptdə yazılan dərmanların əvəzediciləri təklif edilir.
Görünür, bu da problemi həll etməyin yeni növüdür.
Oxşar xəbərlər
Koronavirusa görə yaranan dərman qıtlığı və bahalaşma ilə bağlı XƏBƏRDARLIQ
Koronavirus (COVID) pandemiyası ilə əlaqədar dünyada olduğu kimi, ölkəmizdə də bir sıra dərman vasitələrinə tələbat artıb. BAKU.WS xəbər verir ki, bu barədə İqt...