Koronavirusa yoluxan Paris-Azərbaycan Evinin rəhbəri sağalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusa yoluxan Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva sağalıb.
BAKU.WS-in məlumatına görə, o bu barədə Facebook səhifəsində məlumat yayıb. O qeyd edib ki, bir aydan çox davam edən COVİD-19 xəstəliyini artıq geridə qoyub:
"Bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim.
Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dava-dərmanlardan güclü oldu.
Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühüm olduğunu bir daha anladım.
Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.
Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq" - deyə M.Fətəliyeva bildirib.
Oxşar xəbərlər
Koronavirusa yoluxan Mirvari Fətəliyeva: “Xəstəliyi olmayan gəncləri də öldürür” - VİDEO
Yeni növ koronavirus pandemiyası yayılmaqda davam edir. Paris-Azərbaycan evinin sədri, həmyerlimiz Mirvari Fətəliyeva da bu virusa yoluxub. O, artıq beş gündür...