Koronavirusa qarşı yaranmış antitellər "Delta"ya qarşı da effektlidir - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusa yoluxub sağalmış insanların qanında yaranan antitellər "Delta" ştammına qarşı da effektlidir.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxub sağalmış insanların da "Delta"ya yoluxma ehtimalı var.
"Ümumiyyətlə, koronavirusa yoluxan insanın 6 ay sonra təkrar yoluxma ehtimalı var.
Çünki koronavirusa yoluxan insanın qanında yaranan antitellər 6 ay müddətində qalır, sonra isə tədricən azalmağa doğru gedir və itir.
Koronavirusa yoluxub sağalmış insanların qanında yaranan antitellər əlbəttə ki, "Delta" ştammına qarşı müəyyən qədər qoruyuculuq xüsusiyyəti daşıyır.
"Delta"nın özünə yoluxan şəxslər isə 6 ay sonra yenidən "Delta"ya yoluxa bilərlər" deyə, o bildirib.
Oxşar xəbərlər
Həkimdən “koronavirusun “Delta” variantı ilə bağlı həyəcan TƏBİLİ
Koronavirusun “Delta” və “Delta plus” variantlarının yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən daha sürətlidir. BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a aç...