Koronavirusa əhəmiyyət verməyən Könül Kərimova: "Ölümlə üz-üzə qaldım"
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Könül Kərimova koronavirusa yoluxub.BAKU.WS xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib. Xəstəliyi ağır keçirən Kərimova virusa əhəmiyyət vermədiyindən yoluxduğunu və 16 gün ağır vəziyyətdə yatdığını bildirib:
“Bilirəm, bir neçə gündür, məndən narahat idiniz. Bu narahatlığa da əsasınız var idi. Allahın bu gününə çox şükür, sağ-salamatam... Sizlərdən çox uzaq idim. COVID-19 bəlası məndən də yan keçmədi.
16 gün idi, virusa yoluxmuşdum. Koronavirusa əhəmiyyət vermədiyim üçün bu başıma gəldi. Ölümlə üz-üzə qaldım. Sağ olsun həkimim, məni bu şirin həyatdan: öncə əzizlərimdən, sonra da sizdən ayrılmağa qoymadı”.
Oxşar xəbərlər
Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ
Koronavirusa yoluxmuş şəxslərin çoxu evdə müalicə alır. BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası...