Koronavirus xəstələrinin müalicəsində müsbət nəticə verən dərmanın istehsalına başlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin yerli dərman şirkəti olan "Polifarma" ABŞ-ın Qida və Dərman Dairəsi daxil olmaqla, dünya ölkələri tərəfindən qəbul edilən və Səhiyyə Nazirliyinin koronavirus müalicəsində müsbət nəticə verməsini təsdiqlədiyi dərmanı reanimasiya xəstələri üçün xüsusi icazə ilə istehsal etməyə başlayıb.
BAKU.WS xəbər verir ki, ağızla qidalana bilməyən koronavirus xəstələrinin müalicəsində istifadə ediləcək dərman xəstələrə həll olunmuş şəkildə və damar vasitəsilə veriləcək.
Şirkət istehsal edilən 100 min ampulun Səhiyyə Nazirliyinə bağışlanacağını açıqlayıb. Dərmanın 10 min reanimasiya xəstəsi üçün ümid olması gözlənilir.
Qeyd edək ki, "Polifarma" şirkəti reanimasiyada olan və ağızla qidalana bilməyən xəstələrin ümidlə gözlədiyi dərmanın istehsalını başa çatdırıb və Səhiyyə Nazrliyinə lisenziya üçün müraciət edib.
Oxşar xəbərlər
COVID-19-a yoluxan Mirvari Fətəliyeva bu dərmandan içir - VİDEO
Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin virtual qonağı olub. BAKU.WS xəbər verir ki, Mirvari...