Koronavirus ürək sağlamlığına necə təsir edir? Kardioloq Yasmin Rüstəmova izah edir
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus bir çox həyat əhəmiyyətli daxili orqanlara, o cümlədən də ürəyə mənfi təsir göstərir.
BAKU.WS "Media.az"a istinadən xəbər verir ki, bunun kardioloq, tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin vitse-prezidenti, Avropa Kardioloqlar Cəmiyyətinin fəxri üzvü Yasmin Rüstəmova bildirib.
O qeyd edib ki, koronavirusa yoluxma zamanı ürəklə bağlı ən çox müşahidə edilən ağırlaşma halları ürək çatışmazlığına gətirib çıxara bilən miokardit (ürək əzələsinin iltihabı) və perikardit (ürək kisəsinin iltihabı) xəstəlikləridir.
Həkimin sözlərinə görə, bu xəstəliklərin aşkarlanması üçün elektrokardioqramma və exokardioqrafiya tətbiq edilir. Diaqnozun dəqiqləşdirilməsi üçün maqnit-rezonans tomoqrafiyasından da istifadə olunur.
“Koronavirus kəskin miyokard infarktına da səbəb ola bilər. Bu zaman ürəyi qanla təmin edən damar tıxanır. Həmçinin, COVID-19 xəstələrinin böyük qismində aritmiya (ürək döyüntüsü tezliyinin, ardıcıllığının və ritminin pozulması) müşahidə edilir. Bununla yanaşı, xəstələrdə ağciyər damarlarında və stendlərdə tromblar yarana bilər”, - deyə kardioloq izah edib.
Oxşar xəbərlər
DİQQƏT! Bu şəxslərdə ağır koronavirus infeksiyası və ölüm riski daha yüksəkdir
Bu gün ürək-damar xəstəlikləri olan insanlar üçün daha yüksək yoluxma ehtimalına dair inandırıcı dəlil yoxdur, ancaq onlarda ağır koronavirus infeksiyası və ölü...