Payızda yoluxma yenidən arta bilər - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
"Koronavirus tipli bu infeksiyalar payıza doğru aktivləşir".
BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
İnfeksionist qeyd edib ki, özümüzü qorumaq üçün birgə səy göstərməliyik:
"Bəli, hətta bir neçə ay bundan əvvəl qeyd etmişdik ki, bu tip infeksiyalar payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır.
Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Qeyd edim ki, pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, özümüzü qorumaq üçün birgə səy göstərməliyik".
Oxşar xəbərlər
Səhiyyə Nazirliyindən Azərbaycanda yoluxma ilə bağlı VACİB AÇIQLAMA
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov ölkədəki epidemioloji vəziyyətdən danışıb. BAKU.WS müsahibəni təqdim edir: - Təyyar müəlli...