Koronavirus nə zaman yox olacaq? - Operativ Qərargahdan CANLI YAYIM
Yeniliklərdən dərhal xəbərdar olun
Pandemiyanın nə zaman bitəcəyi məlum deyil. Bu insanların qaydalara riayət etməsindən asılıdır.
BAKU.WS-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahda jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, yeni sosial, iqtisadi həyat tərzinə öyrəşməliyik.
"Şəxsi gigiyena qaydalarına əməl olunması, "sosial məsafə"nin qorunması həlledici amildir. Bunlar, eləcə də qoruyucu maskalardan istifadə bizim gündəlik həyat tərzimizə çevrilməlidir. Ticarət obyektlərində işçilərin maskalardan istifadəsi mütləqdir. Restoranlarda masalar arasında məsafə qorunmalıdır. İş yerlərində əllərin mütəmadi yuyulması, dezinfeksiya işlərinin aparılması, mağazalarda müştəri sayının tənzimlənməsi, onlayn satış və elektron xidmətlərə üstünlük verilməsi vacibdir. Sahibkarlara dəstəklə bağlı addımlar ona görə atıldı ki, iqtisadiyyat dayanıqlı olsun, onun rəqabət qabiliyyətliliyi və iş yerləri qorunub-saxlanılsın, məşğulluq aşağı düşməsin", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: Sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir
Növbəti günlər ərzində sahibkarlar üçün vergi güzəştlərinin qəbulu gözlənilir. BAKU.WS-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Ka...