Koronavirus keçirənlər üçün vacib məsləhət - Akademikdən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus keçirənlər tənəffüs əzələlərini bərpa etmək üçün hər saat 15 dəqiqə ucadan oxumalıdırlar.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya açıqlayıb.
“Bir çox dostlarıma və tanışlarıma xəstələndikləri zaman hər hansı mətni 15 dəqiqə, bir saatdan bir 15 dəqiqə ərzində ucadan oxumağı tövsiyə edirəm”, - deyə o bildirib.
Onun sözlərinə görə, koronavirusu keçirənlərin tənəffüs əzələlərinin, xüsusən də qabırğaarası əzələlərin yaxşı işləməsinə nail olması vacibdir. Bu kontekstdə ucadan oxuma üsulu ən təsirlisidir.
“Hətta sizin üçün darıxdırıcı olmasın deyə soyuducunun üzərindəki qeydi də oxuya bilərsiniz”, - deyə mütəxəssis məsləhət görüb.
Oxşar xəbərlər
Baş pulmonoloq koronavirus haqda dəhşətli sirləri açdı - Belə bir şey görməmişdik
Rusiyada artıq 68 mindən çox insan koronavirusa yoluxub və epidemiyanın azalmağa doğru getməsi hələlik müşahidə olunmur. BAKU.WS xəbər verir ki, Rusiya Səhiyyə...