Koronavirus Bakı zooparkında heyvanlara necə təsir edib? - RƏSMİ AÇIQLAMA

Koronavirus Bakı zooparkında heyvanlara necə təsir edib? - RƏSMİ AÇIQLAMA
Sosial 1328

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı karantin bir çox sahələr kimi Bakı zooparkının da işinə təsir edib.

Bunu BAKU.WS-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, heyvanxanada işləyənlərin çoxu işə çıxmır.

“Heyvanxanada təkcə 12 nəfər işə çıxır. Onlar da heyvanları bəsləmək, onlara qulluq etmək üçün işləməyə məcburdular. İşçiləri özümüz maşınla işə aparırıq və evə qaytarırıq”, - deyə Azər Hüseynov bildirib.

Heyvanxana rəhbəri deyir ki, heyvanlar arasında xəstəlik yayılmayıb.

“Heyvanlar arasında xəstəlik yayılmayıb. Bütün heyvanların vəziyyəti yaxşıdır”, - deyə Azər Hüseynov əlavə edib.

Zoopark rəsmisi onu da vurğulayıb ki, yeni heyvanxananın tikintisi davam edir.

Bir müddət əvvəl bildirilirdi ki, Bakı Zooparkındakı tikinti işləri yay aylarının sonunda istifadəyə veriləcək. Lakin ölkədə karantin rejimi ilə bağlı tikintinin nə zaman yekunlaşacağı dəqiq məlum deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər