Koronavirus 117 milyon uşağı peyvəndsiz qoyub
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin Uşaq Fondu (UNICEF) koronavirus pandemiyası səbəbindən 24 ölkədə qızılca peyvəndi kampaniyasını təxirə salmaq məcburiyyətində qalıb.
BAKU.WS xəbər verir ki, mövcud vəziyyət 117 milyondan çox uşağa təsir edib.
UNICEF açıqlayıb ki, azyaşlılara vurulan vacib peyvəndlər heç bir halda dayandırılmamalıdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 50 ildən çox müddət ərzində etibarlı və effektiv bir peyvənd olmasına baxmayaraq, son illərdə qızılca xəstəliyi artıb və əksəriyyəti azyaşlı və körpə olmaqla 140 mindən çox insan bu xəstəlikdən həlak olub.
Oxşar xəbərlər
Koronavirusu kim yayıb? Çinin və doktor Qebreisusun bu işdə rolu...
ABŞ Senatının daxili təhlükəsizlik və hökumət işləri üzrə komitəsi koronavirus infeksiyasının meydana çıxmasının və yayılmasının səbəblərini, habelə Çin Xalq Re...