Koronavirus 10 il bizimlə olacaq? - Türk Professor cavab verdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi açıqlamalara görə, virusun mutasiyaya uğraması səbəbindən insanların 90 faizinin peyvənd olunması lazımdır. Hətta bir qrup mütəxəssislər iddia edir ki, koronavirus 10 il insanlarla birgə olacaq.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu iddiaları Türkiyənin Hacettepe Universiteti Professoru Dr. Murat Akova cavablandırıb.
Türkiyəli professor deyib ki, 90 faiz əhalinin peyvənd olunmasının tərəfdarı olanlardan biri də özüdür:
"Mən bu qənaətə ABŞ-dakı mütəxəssisə istinadən gəlmişəm. Bu rəqəm virusun mutasiyaya uğraması və əhali arasında yayılması əsasında söylənilib.
Əslində bu xəstəliyə yoluxan hər kəs onu eyni şəkildə yaymır. Bəzi şəxslər - əslində bunlar çoxluq təşkil edir - ailə daxilində və kənarda çox az adamı yoluxdururlar. Digər tərəfdən, bir qrup da var ki, həmin şəxslər yüzlərlə şəxsi yoluxdururlar. Onların adı ilk günlərdə superyoluxdurucular qoyulmuşdu.
Bu virusun son mutasiyaya uğraması ilə yanaşı əlavə 20 mutasiya da var. Bu mutasiyaların bir çoxu əslində o qədər də qorxulu deyil. Virus sadəcə formasını dəyişir, ancaq xəstəliyin yoluxdurma və klinik forması fərqli olmur. Lakin bəzi mutasiyalar virusun insanları yoluxdurma faizini artıra bilir.
Virusun uzun illər bizimlə olacaq məsələsinə gəlincə, bunu effektiv peyvənd vasitəsilə aradan qaldırmaq mükündür. Əgər vaksinlərin təsirsiz olması üzə çıxarsa, onda vaksinlərin də yenilənməsinə ehtiyac olacaq. Hazırda peyvəndlərin təsirsiz olmasına dair heç bir sübut yoxdur".
Oxşar xəbərlər
Türkiyəli professor YENİ NÖV VİRUSun təhlükəsindən danışdı - VİDEO
Dünya ölkələri COVID-19 virusu ilə mübarizə apardığı bir vaxtda “B.1.1.7 SARS-CoV-2” virusu ortaya çıxıb. Belə ki, İngiltərədə koronavirusun mutasiyaya uğramış...