Komitə sədri: “Qadınların əmək haqqı aşağı olmalı deyil, baryerlər aradan qaldırılmalıdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan sahibkarları arasında qadınlar təxminən 20 faiz təşkil edirlər. Amma Azərbaycan Sahibkarlar Assosiasiyası yarananda bu say dəfələrlə az olub. Bu sahəni inkişaf etdirmək üçün əsas yük qadınların çiyninə düşür, amma bir şərtlə ki, kişilərlə bir yolda çiyin-çiyinə getsinlər”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V Forumda çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat qadınların iqtisadi hüquqlarının artacağını və məişət zorakılığının azalacağını arzuladığını deyib:
“Bəlkə də, orta məktəbdən sahibkarlıq təşəbbüslərini onlara çatdırmalıyıq. Düşünürəm ki, maarifləndirmə işlərini daha da artırmalıyıq. Biz, qadın sahibkarlığa dəstək verəcək layihələr varsa, onları qanunvericiliyə sizinlə birlikdə gətirməyə hazırıq. Bu günlərdə Əmək Məcəlləsində vacib dəyişiklik etdik.
Qadınların 764 peşə sahəsində işləməsinə sovet dövründən bəri məhdudiyyət vardı, o məhdudiyyət aradan qaldırıldı. Bu gün bir qadın kişi ilə eyni vəzifədə işlədiyi halda maaşı həmin vəzifədə olan kişinin aldığı əmək haqqının 80 faizini təşkil edir. İnkişaf etmiş ölkələrdə bu, 87 faizdir.
Ümumilikdə, Azərbaycanda qadınların aldığı orta aylıq əmək haqqı kişilərin əmək haqqının 63 faizini təşkil edir. Qadınların əmək haqqı aşağı olmalı deyil, baryerlər aradan qaldırılmalıdır. Biz qadın sahibkarların qarşısından bütün işıqforları, baryerləri götürməliyik”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...