Komitə sədri: Azərbaycanda 1500, 2500 və 3000 manat əməkhaqqı alan müəllimlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Azərbaycanda 1500, 2500 və 3000 manat əməkhaqqı alan müəllimlər var.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin martın 6-da keçirilən iclasında deyib.
O bildirib ki, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir və bu, stimullaşdırıcı tədbirdir: “Təhsilverənlərin öz üzərilərində çalışmaları, bilik, bacarıq və səriştələrini artırmaları önəmlidir. Digər tərəfdən bu, onların əməkhaqlarının artmasına təsir göstərir”.
B.Əliyev söyləyib ki, kim sertifikasiya imtahanında yüksək bal toplayırsa, onların əməkhaqlarına əlavələr olur: “Bu da 2026-cı ildən müəllimlərimizin minimum əməkhaqlarının təxminən 1 000 manatdan yuxarı olacağını deməyə əsas verir. Misal olaraq, bu gün 1500, 2500 və 3000 manat əməkhaqqı alan təhsilverənlərimiz var. Burada söhbət ümumi təhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”.
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...