Komitə: “Azərbaycanda “işbazlar” bəzi din xadimlərini “tələyə” salıb”
Yeniliklərdən dərhal xəbərdar olun
"Milli Məclis tərəfindən "Dini etiqad azadlığı haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr başlayan kimi əksəriyyəti dini təhsillə əlaqədar olan bir sıra neqativ xəbərlər yayılıb.
Müəyyən olub ki, bəzi “işbazlar” vəziyyətdən istifadə edərək dini təhsili olmayan din xadimlərini, habelə din xadimi olmaq istəyən belə şəxsləri diplomla “təmin etməyə” çalışıblar".
BAKU.WS xəbər verir ki, bunu "report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
"Dövlət Komitəsinə daxil olan məlumatlara görə, “işbazlar” artıq bəzi din xadimlərini “tələyə” salmağa müyəssər olub, onları köhnə tarixlə, vaxtilə ölkəmizdə fəaliyyət göstərmiş mədrəsələrin diplomları ilə “təmin” ediblər.
Halbuki həmin din xadimlərinin bəziləri müxtəlif vaxtlarda Dövlət Komitəsinə təqdim etdikləri sənədlərdə hansısa dini təhsil müəssisələrini bitirmədiklərini, dini biliklərə ruhanilər vasitəsilə yiyələndiklərini bildiriblər. Din xadimlərini, həmçinin din xadimi olmaq istəyənləri diqqətli olmağa, belə şəxslərin qurbanına çevirilməməyə çağırırıq", - Komitə rəsmisi əlavə edib.
Oxşar xəbərlər
ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslərə də təqaüd veriləcək
Azərbaycanda peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsilalanlara da təqaüd verilməsi nəzərdə tutulur. BAKU.WS xəbər verir ki, bununla bağlı “Peşə təh...