Komitə aylıq müavinəti artırılan köçkünlərin sayını açıqladı
26
fev
2019
20:51
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği bu il aprelin 1-dən 50 faiz artırılıb.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb.Bildirilib ki, 2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub: “Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcək. Hazırda məcburi köçkünlərdən 81 476 nəfəri 22 manat, 415 081 nəfəri 40 manat məbləğində vahid aylıq müavinət alır”.BAKU.WS
Oxşar xəbərlər
Prezident məcburi köçkünlərlə bağlı SƏRƏNCAM verdi
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Sərənca...