Kolleclərə də sənəd qəbulu başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan tam (11 illik) orta təhsil bazasında kolleclərə də sənəd qəbulu başlayır.
BAKU.WS xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.
Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.
Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilən buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.
Oxşar xəbərlər
DİM sınaq imtahanlarını ödənişsiz etdi
Dövlət İmtahan Mərkəzi məlum virusla bağlı ölkədə karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə otk.az portalında...