Köhnə məktəblərə yeni nəfəs verildi: Açılışı olan məktəblərin görüntüləri - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Heydər Əliyev Fondunun Ağcabədi, Göyçay, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Şamaxı və Tərtərdə inşa etdiyi yeni məktəblər istifadəyə verilib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu tədris ilində Fond tərəfindən 29 məktəb, o cümlədən 3 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir.
2004-cü ildən etibarən isə Fond ümumilikdə 500 məktəbi təmir-bərpa və inşa edib. Elə bu gün 500-cü məktəb Şamaxıda açılıb.
Bu məktəblərin mövcud binaları fiziki olaraq artıq köhnəldiyindən istifadəyə yararsız idi. Həmin binalardan ən qədimi Qəbələnin Nic qəsəbəsindəki 150 ildən çox yaşı olan məktəb idi.
Artıq bu təhsil ocaqlarının köhnə halından əsər-əlamət qalmayıb. Müəllim və şagirdlər bu tədris ilindən yeni binada təhsillərinə davam edəcəklər. Bu gün açılışı olan məktəblərin əvvəlki və yeni görüntülərini təqdim edirik.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi məktəblər istifadəyə verilib - FOTO
Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir. BAKU.WS xəbər verir ki, 2023-...