Köhnə avtomobilinizi dövlətə bu şərtlərlə satacaqsınız - DETALLAR

Azərbaycanda avtomobillər utilizasiyaya verilməzdən əvvəl dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılacaq.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.
Dəyişikliklə “Tullantılar haqqında” qanunla müəyyənləşdirilmiş qaydada utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs tərəfindən müvafiq orqanlara müraciət edilir.
Müraciət qəbul edildikdən 3 iş günü müddətində həmin orqanlar tərəfindən araşdırma aparılacaq.
Oxşar xəbərlər
Köhnə avtomobilini dövlətə satmaq istəyənlərin NƏZƏRİNƏ! - Birdəfəlik pul veriləcək
Azərbaycanda avtomobillərin utilizasiyaya verilməsi zamanı tələb olunan sənədlər müəyyənləşir. "Report"un xəbərinə görə, bu, "İstehsalat və məişət tullantıları...
