Klarnet ifaçısına aşırdığı maşından hədiyyə olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış klarnet ifaçısı Rafael Dağlıya (Bayramov) "Range Rover" markalı avtomobil hədiyyə edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu təşəbbüslə sənətçinin pərəstişkarlarından olan iş adamı çıxış edib.
Qeyd edək ki, Rafael Dağlı bu ilin aprelində məhz "Range Rover" markalı avtomobili ilə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır qəza keçirib. Qəza nəticəsində onun avtomobili yoldan çıxaraq aşıb və tamamilə yararsız hala düşüb.
Adı açıqlanmayan iş adamı isə sənətçiyə ad günü ərəfəsində "Range Rover" markalı avtomobil hədiyyə etməklə onu sevindirib. Klarnet ifaçısı bu sürpriz hədiyyədən təsirləndiyini bildirib.
Qalereya
Oxşar xəbərlər
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək yerlər açıqlanıb - ÜNVANLAR
Milli-mənəvi dəyərləri və ənənələri daim üstün tutan Azərbaycan xalqı Qurban bayramını hər il böyük ruh yüksəkliyi ilə qeyd edir. 28, 29 iyun tarixlərində bayra...