Kişi salonu açan qadın məhkəməyə verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində karantin qaydalarını pozaraq insanları bir yerə toplayıb, yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyən edilib.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.
İcarədar barəsində Balakən rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Zərdabda ad günü məclisi təşkil edənlər saxlanılıb
Zərdab rayonunda karantin qaydalarını pozaraq kafedə ad günü məclisi təşkil edən şəxslər saxlanılıblar. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata gö...