Kibertəhlükəsizlik baxımından Azərbaycan dünya trendlərindən uzaqda qalmadan qətiyyətli addımlar atır - RƏY

Kibertəhlükəsizlik baxımından Azərbaycan dünya trendlərindən uzaqda qalmadan qətiyyətli addımlar atır - RƏY
Foto
Sosial 35

Dövlətlərin məlumat mərkəzlərinin vəziyyəti təhlükəsiz saxlanılmalıdır. Bu baxımdan Azərbaycan dünya trendlərindən və qlobal çağırışlardan uzaqda qalmadan qətiyyətli addımlar atır.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, süni intellekt kibertəhlükəsizlik də daxil olmaqla həyatın müxtəlif aspektlərini dəyişir və bunu olduqca sürətlə edir:

"Təhdid mənzərəsi də getdikcə daha mürəkkəb xarakter alır. Proses mürəkkəbləşdikcə ənənəvi kibertəhlükəsizlik tədbirlərinin artıq kifayət olmadığını görürük. Bu istiqamətdə kibertəhlükəsizlik müdafiəsini gücləndirmək və kiberhücumların yaratdığı riskləri azaltmaq üçün oyun dəyişdirən metodlardan, ənənəvi yanaşmalardan kənar baxışlardan istifadə olunmalıdır. Süni intellektin kibertəhlükəsizliyin gələcəyinə təsirini hərtərəfli araşdırmaq lazımdır. Bu, təkcə texnoloji innovasiya yollarını izləməklə yanaşı, həm də süni intellekt və kibertəhlükəsizlik arasındakı əlaqənin dinamikasını dərinləşdirəcək, perspektivli imkanları üzə çıxaracaq, eləcə də mümkün çətinliklərin aradan qaldırılmasına şərait yaradacaq".

Deputat qeyd edib ki, düşmənlər süni intellekt sistemlərindən istifadə edə bilərlər:

"Bu da düşmən hücumlarının və hücumlardan yayınma texnikalarının inkişafına gətirib çıxarır. Süni intellekt əsaslı kibertəhlükəsizlik həllərinin möhkəmliyini və etibarlılığını təmin etmək, onların effektivliyini qorumaq baxımından olduqca vacibdir. Qərəzlilik, təhlükəsizlik zəiflikləri, etik çərçivənin aşılması və qeyri-etik yanaşmalar fonunda etik və qanuni addımların və həll yollarının tətbiqi vacibdir".

Onun sözlərinə görə, rəqəmsal transformasiyanın sürətli tempi həm görünməmiş imkanlar, həm də artan risklər gətirdiyindən kibertəhlükəsizlik sahəsi hazırda olduqca kritik vəziyyətdədir.

"Məhz bu vəziyyəti zamanında Prezident İlham Əliyev uzaqgörənliklə dəyərləndirdi. Bu ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyənləşdirən mühüm qərarların qəbul edildiyinə şahid olduq. Azərbaycan təhlükəsiz ölkə kimi tanınır. Məhz bu tanınmanı rəqəmsal platformalar üzərində də qətiyyətlə qoruyub saxlamaq istiqamətində əzmkarlıq göstəririk", - deputat deyib.

Kibertəhlükəsizlik baxımından Azərbaycan dünya trendlərindən uzaqda qalmadan qətiyyətli addımlar atır - RƏY

A.Badamov bildirilib ki, rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın üzə çıxarılması, rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas istiqamətlər kimi müəyyən edilib:

"Məhz bu əsas üzərində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı. Şuranın yaradılması ilə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin əsası qoyuldu. Dövlət təsisatları arasında koordinasiya gücləndirilir, innovasiya əsaslı iqtisadi modelə keçid sürətləndirilir. Azərbaycan Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyənləşdirir".

Deputatın fikrincə, hər bir məsələ Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşdırılmasına hədəflənib:

"Azərbaycanın mövqeyi yüksəldilməli, iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payı artırılmalıdır. Bu istiqamətdə davamlılığı təmin etmək məqsədilə 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. İclasa Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sədrlik etdi".

Deputat iclasda bir sıra mühüm, köklü məsələlərə toxunulduğunu söyləyib:

"Şuranın sədri Mehriban Əliyeva bildirdi ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası Şuranın əsas fəaliyyət istiqamətlərindən biridir". Süni intellektin strateji əhəmiyyətini vurğulayan Mehriban Əliyeva qəbul edilən bütün qərarların Azərbaycan xalqının milli maraqlarına uyğun olduğunu da qeyd edib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər